Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibləri olan “Anderlext” klubu heyətinə yeni futbolçu qatıb.
Newsport.az-ın məlumatına görə, Belçika klubu Fransanın “Tuluza” klubunun müdafiəçi Uroş Spayiçlə transfer edib. 23 yaşlı serbiyalı müdafiəçi "Anderlext"də 1 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Qəbələ”nin “Anderlext”lə ilk görüşü sentyabrın 15-də Belçikada baş tutacaq.