Millimizin üzvü Elnur Cəfərovun yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, əvvəlcədən də məlum olduğu kimi, gənc futbolçu karyerasını Xorvatiyada davam etdirəcək. Ancaq o, yüksək liqada deyil, divizionda çıxış edəcək.
Belə ki, Cəfərov aşağı dəstədə mübarizə aparan "Duqopolye” klubu ilə anlaşıb. Tərəflər arasındakı razılığa əsasən, 19 yaşlı futbolçu mövsümün sonuna qədər sözügedən klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, Elnurun daha öncədən "Hayduk” və "Osiek”ə keçəcəyi iddia olunurdu.