“Çelsi” sabiq futbolçusunu qaytardı

İngiltərənin "Çesli" klubu yay transfer pəncərəsinin son günündə daha bir futbolçunu heyətinə cəlb edib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi PSJ-dən sabiq futbolçusu David Luisi transfer edib.

Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. İngiltərə mətbuatı iddia edir ki, "Çelsi" bu transfer üçün Paris klubuna 45 milyon avro ödəyib.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2014-cü ildə "Çelsi"dən PSJ-yə 50 milyon avroya transfer edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right