Poqbanın yeni komandası müəyyənləşdi

Qvineya millisinin üzvü Matias Poqbanın yeni komandasının adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Şotlandiyanın "Patrik Tsil” komandasından ayrılan futbolçu karyerasını Hollandiyada davam etdirəcək. 
 
26 yaşlı hücumçu "Sparta” klubu ilə münasibətlərini rəsmiləşdirib. Poqba Rotterdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib. 
 
Qeyd edək ki, Matias Poqba "Mançester Yunayted”in və Fransa millisinin üzvü Pol Poqabın qardaşıdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right