"Azərbaycan kağız üzərində favoritdi" - San Marinonun qapıçısı

"DÇ-2018"-in seçmə mərhələsində Azərbaycan millisi ilk matçını San Marinoya qarşı keçirəcək.
Newsport.az-ın məlumatına görə, "cırtanlar"ın qapıçısı 
Aldo Simonçini qarşılaşmadan əvvəl FİFA-nın rəsmi saytına danışıb.
O, bildirib ki, Azərbaycan kağız üzərində favoritdi: "Azərbaycan millisi kağız üzərində oyunun favoritidir. Amma seçmə mərhələdə ilk matç olduğu üçün bütün riskləri gözə alacağıq. Ancaq bu o demək deyil ki, Azərbaycan millisindən daha yuxarı yerlərdə qərarlaşacağıq. Çünki bizim komandada bir az problemlər var. Biz gücümüz çatan hər şeyi edəcəyik. Lakin rəqiblərimiz çox güclüdür”.
Qeyd edək ki, San Marino - Azərbaycan matçı sentyabrın 4-də baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right