"Qəbələ"nin rəqibi iki hücumçu aldı

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Anderlext” heyətini gücləndirməkdə davam edir. 

Newsport.az klubun rəsmi saytına istinadən məlumatına görə, Belçika təmsilçisi daha 2 transfer həyata keçirib.

Yeni transfer edilən Hamdi Harbui və Massimo Bruno ön xətt oyunçularıdır. Belçika çempionatının keçmiş bombardiri Harbui “Udineze”dən transfer edilib. Tunis millisinin üzvü yeni komandası ilə 2 illik müqavilə imzalayıb. “Leypstiq”dən alınan Bruno isə 1 illik sazişə qol çəkib. Belçika gənclər millisinin sabiq üzvü 2011-2014-cü illərdə “Anderlext”in formasını geyinib.

Qeyd edək ki, “Anderlext” Avropa Liqasının C qrupunda “Qəbələ”, “Sent-Etyen” və “Maynts”la mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right