"Napoli" növbəti transferini həyata keçirib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, neapollular “Dinamo” Zaqrebin futbolçusu Marko Roqu heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Napoli"nin Xorvatiya klubuna 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, Xorvatiya milli komandasının üzvü 2015/2016-cı il mövsümdə "Dinamo"nun heyətində meydana çıxdığı 34 qarşılaşmada 3 dəfə fərqlənməyi bacarıb.
