Joze Mourinyo "qırmızı şeytanlar"da tarix yazdı

“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo qısa müddətdə klubun tarixinə düşə bilib. 

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis buna ardıcıl qələbələrlə nail olub.

Belə ki, mövsümün əvvəlində onun rəhbərliyi altında Superkubok matçında “Lester”i məğlub edən “qırmızı şeytanlar” ardından Premyer Liqanın ilk 3 turunda “Bornmut”, “Sauthempton” və “Hall Siti”yə qalib gəlib. Bununla da Mourinyo “Mançester Yunayted”in “sükanı arxası”nda mövsümün ilk 4 turunu qələbə ilə başa vuran ilk məşqçi olub.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 3 turdan sonra maksimum nəticə göstərən 3 komandadan biridi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right