Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq Almaniyanın "Maynz” klubunun baş məqşçisi Martin Şmidt açıqlama verib.
Newsport.az saytının məlumatına görə, çalışdırıcı açıqlamasında məqsədlərinin qrup mərhələsini keçmək olduğunu söyləyib:
"Qrupumuz asan deyil. Rəqiblərimiz yaxşı komandalardır. "Anderlext” və "Sent-Etyenn” təcrübəli komandadır. "Qəbələ” ötən il olduğu kimi bu mövsüm də qrupa düşüb. Onlar qapalı mücrüdür. Güclü komandaları mübarizədən kənarlaşdırıblar. Çətin qrupdu, məqsədimiz növbəti mərhələyə adlamaqdır”.
Qeyd edək ki, "Qəbələ” sentyabrın 29-da "Maynz”ı qəbul edəcək.