Paşayev "Şaxtyor"a qarşı oynadı, komandası uduzdu

Ukrayna Premyer Liqasında 6-cı turun qarşılaşmaları keçirilir.

Newsport.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" da növbəti matçına çıxıb. Həmyerlimizin komandası öz meydanında "Şaxtyor"u qəbul edib. Qarşılaşma Donets təmsilçisinin 1 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

Pavel Paşayev bu matçda start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, 5 turdan sonra aktivində 5 xal olan "Stal" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right