Futbol üzrə Portuqaliya Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Newsport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çaves"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Emin Azərbaycan yığmasının Bakıdakı təlim-məşq toplanışına qatıldığı üçün bu matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Boavişta" 3 turdan sonra 5 xalla 6-cı pillədə qərarlaşıb.