Futbol üzrə Belçika çempionatında 5-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Gent"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.
Qeyd edək ki, "Anderlext" 5 turdan sonra 9 xalla 16 klub arasında 5-ci pillədə qərarlaşıb.