Manuel Pelleqirini Çin klubunda

"Mançester Siti”nin sabiq baş məşqçisi Manuel Pelleqrini özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bundan sonra Çində çalışacaq.
 
62 yaşlı çilili bu ölkənin "Hebey Çayna Fortuna” klubu ilə anlaşıb. Çinlilər rəsmi sayt vasitəsilə bu keçidi rəsmən bəyan ediblər. Ancaq müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.
 
Qeyd edək ki, "Hebey Çayna Forttuna” hazırda Çin çempionatında 5-ci pillədə qərarlaşır. Bu komandanın heyətində Ezekyel Lavezzi, Jervinyo, Qael Kakuta və Ərsan Gülüm kimi tanınmış futbolçular çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right