Millimizin üzvünün qolu komandasına qələbə qazandırdı

Almaniya 3-cü Bundesliqasında 5-ci turun qarşılaşmaları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Tuğrul Eratın şərəfini qoruduğu "Duyzburq" səfərdə "Maqdeburq"un qonağı olub. Qarşılaşma Eratın komandasının 2 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin üzvü matça start heyətdə başlayıb və 70 dəqiqə mübarizə aparıb. 23 yaşlı forvard matçın 40-cı dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb.

Qeyd edək ki, 5 turdan sonra aktivində 11 xal olan "Duyzburq" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right