"Mançester Yunayted"in sabiq futbolçusu Rusiya klubunda FOTO

Rusiya Premyer Liqasında mübarizə aparan "Anji" klubu hücum xəttini gücləndirib.

Newsport.az-ın məlumatına görə, Mahaçqala klubu "Nyukasl"ın fransalı futbolçusu Qabriel Obertanı heyətinə qatıb. 27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Obertan 2011-ci ildə "Mançester Yuanyted"dən "Nyukasl"a transfer edilmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right