Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Barselona”nın futbolçusu Lionel Messinin milli karyerasını bitirməsinə və yenidən bərpa etgməsinə növbəti dəfə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, Argentina millisi Amerika kubokunun final matrçında Çiliyə məğlub olmuşdu. Məhz bu məğlubiyyətdən sonra Messi milli karyerasını bitirdiyini elan etsə də, bir neçə həftə öncə qərarını dəyişmişdi. O, millinin yeni baş məşqçisi ilə görüşdükdən sonra yenidən geri döndüyünü açıqlamışdı.
Maradonanın fikrincə, Messinin milli karyerasını bitirməsi əvvəlcədən planlaşdırılıb. Əfsanəvi futbolçu qeyd edib ki, Argentina Futbol Federasiyası finallardakı məğlubiyyəti məhz Messinin gedişi ilə unutdurmaq istəyib.