Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Famalikan" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
İlk iki turda meydana çıxmayan, ötən tur yeni komandasında debüt edən Budaq bu dəfə ehtiyatda qalıb.
Qeyd edək ki, 4 turdan sonra "Sportinq"in ikinci komandası 4 xalla 22 komanda arasında 17-ci pillədə qərarlaşıb.