İslandiya millisinin sabiq üzvü Eidur Qudyonsonun yeni komandasının adına rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu karyerasını Hindistanda davam etdirəcək.
Son klubu "Molde” olan Qudyonson Hindistanın "Püne Siti” komandasına keçib. 37 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Eidur karyerası ərzində "Çelsi”, "Barselona”, "Monako” və "Tottenhem” kimi məşhur klublarda forma geyinib. Qudyonson daha çox "Çelsi”dəki uğurlu oyunu ilə məşhurlaşıb.