"Neftçi"nin sabiq hücumçusu qonşu ölkə klubunda

"Neftçi"nin sabiq futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, kamerunlu forvard karyerasını İranda davam etdirəcək. 

31 yaşlı hücumçu  qonşu ölkənin "Fulad" klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.
 
Qeyd edək ki, Nfor "Neftçi"dən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Vəhdə" klubuna transfer olunmuşdu. Onun son olaraq Belçikanın 3-cü liqasında çıxış edən "Bişot" klubu ilə anlaşdığı deyilsə də, bu keçid baş tutmayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right