"Qəbələ"nin rəqibindən yeni transfer

"Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Maribor" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sloveniya klubu 31 yaşlı yarımmüdafiəçi Deyan Mezqa ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, D.Mezqa 2007-2014-cü illərdə "Maribor"da çıxış edib. O, bu klubdan ayrıldıqdan sonra "Hayduk" və "Apollon"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right