“Sevilya” müdafiəçisi Nikolas Parexayla yeni müqavilə bağlayıb.
Newsport.az-ın məlumatına görə, Andalusiya təmsilçisi 32 yaşlı müdafiəçiylə 2017-ci ildə bitəcək müqavilə müddətini 2019-cu ilin yayınadək uzadıb. Bu barədə məlumatı klubun saytı yayıb.
Argentinalı futbolçu 2013/14 mövsümündən “Sevilya”nın şərəfini qoruyur. Həmin mövsümdə icarə əsasında İspaniya təmsilçisində top qovan Parexa, 2014-cü ildə bu kluba transfer olunub.