“Atletiko” mövsümə uğursuz başladı

İspaniya La Liqasının açılış turu "Atletiko”nun xal itirməsi ilə yadda qalıb.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi doğma azarkeşləri önündə qəbul etdiyi "Alaves”i məğlub edə bilməyib. Görüş 1-1 hesablı bərabərliklə başa çatıb. 
 
Maraqlıdı ki, matçda vurulan hər iki qol oyuna artırılmış əlavə dəqiqələrə təsadüf edib. Əvvəlcə Kevin Qameyro 11 metrik cərimə zərbəsi ilə "Atletiko”nu önə keçirib. Qoldan bir neçə saniyə sonra Manu Qarsiya oyunda tarazlığı bərpa edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right