Sloveniya çempionatında 6-cı tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, turun son oyununda Avroliqanın pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan “Maribor” öz meydanında “Aluminiy”i qəbul edib. Görüş “Maribor”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, 6 turdan sonra 8 xalla 5-ci pillədə qərarlaşan “Maribor” Bakıda “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.