Newsport.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Höteborq" səfərdə "Hammarbü"ylə qarşılaşıb. Oyun "Qarabağ"ın rəqibinin 0:2 hesablı məğlubiyyətiylə nəticələnib.
Hazırda hesabında 32 xal olan "Höteborq" 4-cü pillədə qərarlaşıb.
"Qarabağ" və "Höteborq" arasında oyun avqustun 25-də, saat 20:30-da başlayacaq. Bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyun "Höteborq"un 1:0 hesablı qələbəsiylə nəticələnmişdi.