"Barselona"nın qapıçısı Klaudio Bravonun yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, çilili qolkiper karyerasını İngiltərədə davam etdirəcək. O, "Mançester Siti" ilə anlaşıb. Bu barədə məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb. Ancaq müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 33 yaşlı əlcək sahibi "Barselona"ya 2014-cü ildə "Real Sosyedad"dan transfer olunmuşdu.