Ramaldanov Gürcüstanda ilk qolunu vurdu

Milli komandamızın sabiq üzvü Rasim Ramaldanovun şərəfini qoruduğu "Kolxeti” klubu Gürcüstan çempionatında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Poti təmsilçisi III tur çərçivəsində səfərdə "Sioni”nin qonağı olub. 
 
Oyun Ramaldanovun komandasının qələbəsiylə başa çatıb. Potililər rəqibinin qapısından 2 qol vurmağı bacarıblar. Qollardan biri məhz Ramaldanov vurub. Təcrübəli futbolçumuz 64-cü dəqiqədə matçda hesabı açıb. Poti təmsilçisinin ikinci qolunu Kilasonia 73-cü dəqiqədə vurub. 
 
Qeyd edək ki, "Kolxeti” geridə qalan III tur ərzində 2 qələbə qazanıb və 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right