“Barselona” daha bir futbolçu transfer edib.
Newsport.az-ın məlumatına görə, Kataloniya klubu bu dəfə qapı xətti üçün transfer həyata keçirib.
Klaudio Bravonun “Mançester Siti”yə transferi artıq an məsələsi olduğundan, ispanlar bu boşluğu doldurmaq fikrinə düşüblər. Nəticədə “Barsa” “Ayaks”ın əsas qapıçısı Kasper Silessenlə anlaşıb. Məlumata görə, klublar arasındakı anlaşmaya əsasən, transfer Amsterdam təmsilçisinə 14 milyon avro qazandırıb. 27 yaşlı qolkiper isə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Hollandiya yığmasının da formasını geyinən Kasper Silessen 2011-2016-cı illərdə “Ayaks”da çıxış edib.