“Real”da ciddi itki: Aparıcı hücumçu səfərə aparılmadı

İspaniya La Liqasının ilk turunda "Real Sosiedad”ın qonağı olacaq "Real” səfərə ciddi itki ilə yollanıb.

Newsport.az-ın məlumatına görə,  Madrid klubunun aparıcı futbolçusu Kərim Benzema səfərə aparılan kollektiv arasında yer almayıb. 
 
Klubun rəsmi saytı Fransa millisinin üzvünün Sosiedad səfərinə aparılmamasını zədə ilə əlaqələndirib. Belə ki,  forvard məşqlərin birində zədə aldığı üçün bu həftə istirahət etməli olacaq. 
 
Klub hücumçunun nə vaxt kolletkiv məşqlərə başlayacağı barədə məluma verməyib. 
 
Qeyd edək ki, "Real Sosiedad” – "Real” matçı sabah baş tutacaq. Oyun Bakı vaxti ilə 22:15-də start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right