Portuqaliyanın "Sportinq” klubuna transfer olunan milli üzvümüz Budaq Nəsirovun sənədləri ilə bağlı yaranan problem aradan qaldırılıb.
Belə ki, Portuqaliya klubu yeni transferini qeydiyyatdan keçirməkdə problemlə üzləşmişdi. Sadəcə olaraq Portuqaliya Futbol Federasiyası AFFA-ya gec müraciət etmişdi və "Sportinq"in Budaqı sifariş etmək məsələsi müəyyən qədər gecikmişdi.
Newsport.az-ın məlumatına görə, artıq Budağın Portuqaliya klubuna oynamaq üçün heç bir problemi qalmayıb. Belə ki, bütün məsələlər ötən gün aradan qaldırılıb.
Perpektivli futbolçumuzun komandası bu gün özmeydanında "AD Fafe” komandasını qəbul edəcək. Bilgimizə görə, Budağın adı bu gün keçiriləcək oyunun iştirak ərizəsinə daxil ediləcək.
Futbol11.az