Belçika millisinin üzvü Kristian Benteke "Liverpul”dan ayrılıb.
Newsport.az-ın məlumatına görə, hücumçu karyerasını yenidən İngiltərədə davam etdirəcək.
"Qırmızılar”ın baş məşqçisi Yürgen Kloppun ümidlərini doğrultmaqda çətinlik çəkən futbolçu bundan sonra "Kristal Pales”də oynayacaq. 25 yaşlı oyunçu sabah yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
Bu barədə "Kristal Pales”in baş məşqçisi Alan Pardyu məlumat verib. 55 yaşlı mütəxəssis Bentekenin bu gün tibbi müayinədən keçəcəyini və sabah rəsmi müqaviləyə imza atacağını vurğulayıb.
Qeyd edək ki, Benteke ötən il "Aston Villa”dan transfer edilmişdi. O, "Liverpul”un heyətində keçirdiyi 29 oyunda 9 qol vurmağı bacarmışdı.