Eddi İsrafilov İngiltərə klubuna keçməməsinin səbəbini açıqladı

"Xuan Karlos Kordero və Kike Pina ilə yaxşı münasibətlərim var. Bilirəm ki, onlar işlədikləri bütün klublarda əllərindən gələni edirlər. "Kadis”ə keçməklə karyeramda müsbət olacaq addım atdığımı düşünürəm”.

Newsport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilova məxsusdur. 
 
Millimizin üzvü ötən gün çıxış etdiyi "Mursiya” klubundan ayrılıb və "Kadiz” klubu ilə anlaşıb. Eddi keçidi barədə klubun rəsmi saytına açıqlama verib. 
 
Gənc futbolçu "Kadiz”ə kömək etmək gücündə olduğunu vurğulayıb: "İspaniyanın birinci divizionu fərqli çempionatdı. Mən meydanın mərkəz xəttində böyük işlər görmək gücündəyəm. Komandam üçün həm hücum xəttində, həm də müdafiədə daha yaxş oyun göstərməyə çalışacam. Bilirsiniz ki, "6” və "8” nömrə kimi oynamağı sevirəm. Həm müdafiədə, həm də yarımmüdafiədə çıxış edə bilərəm. Bu mənada universal futbolçuyam”.
 

Eddinin "Kadiz”dən öncə İngiltərənin "Fulhem” klubuna keçmək variantı var idi. Eddi "Fulhem”ə keçməməsinin də səbəblərini açıqlayıb: "Düzdü, İngiltərədə oynamağa çox yaxın idim. Ancaq son anda müqavilə şərtlərində razılaşma əldə edə bilmədik. Buna sevinirəm.Əgər "Fulhem”lə müqavilə imzalasaydım, indi "Kadiz”in futbolçusu olmazdım”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right