Arda Turan iki qol vurdu, superkubok “Barsa”ya qismət oldu

İspaniya Superkubokunun sahibinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, "Barselona" doğma meydanda "Sevilya"nı qəbul edib. Qarşılaşma kataloniyalıların 3 - 0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə də "Barselona" rəqibini 2 - 0 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan Luis Enrikenin yetirmələri İspaniya Superkubokunu başları üzərinə qaldırıb.

 

"Barselona" - "Sevilya" 3:0

Qollar: Arda Turan, 10, 47, Messi, 56

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right