Madridin "Real” klubu gənc futbolçusu Martin Odeqaardla bağlı yeni qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, "kral klubu” gənc futbolçusunu icarəyə göndərəcək.
Bu barədə Fransanın məşhur "L`Equipe” nəşri məlumat yayıb. Bildirilir ki, 17 yaşlı yarımmüdafiəçi yaxın günlərdə "Renn” klubu ilə 1 illik müqavilə imzalayacaq.
İddiaya görə, "Real”ın baş məşqçisi Zinəddin Zidan da bu keçidə razılıq verib. Belə ki, Zidan "Real”da əsas heyətdə düşməkdə çətinlik çəkən futbolçunu "Renn”ə daha çox oynaması üçün göndərib. "Renn” rəhbərliyinin Zidanın bu təklifi ilə razılaşdığı bildirilir.
Qeyd edək ki, Norveç milli komandasının üzvü 2015-ci ildə "Stromsqodset” klubundan "Real”a transfer olunmuşdu.