İngiltərə Premyer Liqasında birinci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, turun qapanış matçı London derbisi ilə yadda qalıb.
"Çelsi” doğma azarkeşləri önündə "Vest Hem” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsiylə başa çatıb.
Matçda hesabı "zadəganlar” açıb. Eden Azar 41-ci dəqiqədə 11 metrlik zərbə ilə "Çelsi”ni önə keçirib. "Vest Hem” 77-ci dəqiqədə oyunda tarzlığı bərpa edib. Ceyms Kollins "Vest Hem” azarkeşlərini ümidləndirib. Ancaq "Çelsi” son dəqiqələrdə hesabda önə keçirməyi bacarıb. 89-cu dəqiqədə İspaniya millisininm üzvü Dieqo Kosta "zadəganlar”a 3 xalı qazandıran qola imza atmağa nail olub.