Ramaldanov 90 dəqiqə oynadı, komandası darmadağın oldu

Milli komandamızın sabiq futbolçusu Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" klubu Gürcüstan çempionatında növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Poti təmsilçisi II turda doğma azarkeşləri önündə Batuminin "Dinamo" komandası ilə qarşılaşıb.
Oyun qonaq komandanın böyükhesablı qələbəsiylə başa çatıb. Batumililər "Kolxeti"nin qapısından 5 cavabsız qol keçirməyi bacarıblar.
Ramaldanov qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 2 turdan sonra 3 xalla yer aldığı "altılıq"da 4-cü pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right