Portuqaliya Sequnda Liqasının II turunda milli komandamızın futbolçusu Budaq Nəsirovun şərəfini qorudğu "Sportinq”in gənclərdən ibarət komandası səfərdə "Sportinq Kovilha”nın qonağı olub. Qarşılaşma Lissabon təmsilçisinin 2-1 hesablı qələbəsiylə başa çatıb.
Newsport.az-ın məlumatına görə, millimizin gənc futbolçusu ilk turda olduğu kimi, bu turda da meydana çıxmaq şansı qazanmayıb.
İstedadlı futbolçumuz saytımıza verdiyi açıqlamada oynamamısının səbəbini açıqlayıb. Budaq bildirib ki, sənədlərində olan problem hələ də həllini tapmayıb. Yarımmüdafiəçi problemin yaxın 2-3 gün ərzində aradan qaldırılacağını deyib.
Nəsirov "Sportinq”də heç bir problemin olmadığını deyib. O bildirib ki, əhval-ruhiyyəsi yaxşıdır və özünü komandasında xoşbəxt hiss edir. O, bütün diqqətini məşqlərinə yönəltdiyini açıqlayıb. Budaq debüt etmək üçün səbrsiz olduğunu da vurğulayıb.
Qeyd edək ki, Budaq Nəsirov yay transferi dönəmində "Sportinq”ə keçib. Futbolçumuz Portuqaliya nəhəngi ilə 1+4 illik müqavilə imzalayıb.