18 yaşlı hücumçu: “Real” məni istəyir”

Argentinanın "Rasinq”  klubunun futbolçusu Lautaro Martinez maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 18 yaşlı hücumçu Madridin "Real” klubunun onun xidmətində maraqlı olduğunu açıqlayıb. 
 
"Marca”ya açıqlama verən gənc hücumçu sözlərinə belə davam edib: "Real” məni bir illik icarəyə götürmək istəyirdi və məsələ ilə bağlı klubumla danışıqlara start verilmişdi. Ancaq "Rasinq” mənim sərbəst futbolçu olmağım üçün "Real”dan 8 milyon avro istədi və bundan sonra danışıqlar dayandı. Əgər "Real” həqiqətən məni istəyirsə bu məbləği ödəməlidi. "Rasinq” daha az məbləğə məni buraxmayacaq”. 
 
Martinez "Rasinq”in rəhbərliyi ilə tez-tez görüşdüyünü də vurğulayıb: "Rasinq” rəhbərliyi ilətez-tez görüşümüz olur. Onlar mənə güvəndiklərini deyirlər. Mən daha çox təcrübə toplamaq istəyirəm. Bu dəqiqə mənim üçün ən öndə duran komanda "Rasinq”di”.
 
Qeyd edək ki, hücumçu ötən mövsüm "Rasinq”in heyətində 5 oyun keçirib və 1 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right