Almaniya II Bundesliqasında II turun qarşılaşmaları keçirilir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" də növbəti matçına çıxıb. Ersgebirge təmsilçisi doğma meydanda "Sandhauzen"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov ehtiyat oyunçular skamyasında olub. Millimizin üzvü matçın 68-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan "Aue" aktivində olan 3 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.