Ötən mövsümü icarə əsasında Dortmundun "Borussiya” klubunda keçirən Adnan Yanuzay növbəti mövsüm üçün də eyni aqibətlə üzləşib.
Newsport.az-ın məlumatına görə, "Mançester Yunayted” gənc futbolçusunu bu dəfə də icarəyə verib.
Belə ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi növbəti mövsümdə İngiltərənin "Snaderlend” klubunda top qovacaq. O, mövsümün sonuna qədər "qara pişiklər”in uğurları üçün çalışacaq.
Bu barədə məlumatı "Sanderlend”in yeni baş məşqçisi Devid Moyes də təsdiqləyib. O, gənc futbolçuya inandığını və komanda üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Moyes 2013-14 mövsümündə "Mançester Yunayted”i çalışdırıb və Yanuzay onun rəhbərliyi altında oynayıb.