Argentina futbolunun canlı əfsanəsi Xuan Sebastian Veron futbola qayıtmağa qərar verib.
Newsport.az-ın məlumatına görə, 41 yaşlı futbolçu ölkəsinin həvəskar komandalarından olan "Estrella de Berisso"da çıxış edəcək. Bu barədə klubun rəsmi "twitter" səhifəsində məlumat yer alıb.
Qeyd edək ki, Veron üç il əvvəl futbolçu karyerasını başa vurduğunu bəyan etmişdi.