"Zaqatala" klubu daha 2 transferlə heyətini gücləndirib.
Newsport.az-ın məlumatına görə, I Divizion klubu Roini İsmayılov və Cavad Kazımovu heyətinə qatıb. "Simurq”un sabiq futbolçuları ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Zaqatala” daha öncə Ruslan Tağızadə, Emin Mehdiyev, Hacı Əhmədov, Vadim Abdullayev, Kənan Müslümov və Amil Ağacanovla da müqavilə imzalamışdı.