Biliç komandasının 8-ci transferinin adını açıqladı

İngiltərə Premyer Liqasının iddialı komandalarından biri olan "Vest Hem” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi Argentinanın "Deportivo Maldonado” klubundan Conatan Kallerini rənglərinə bağlayıb. 
 
Bu barədə komandanın baş məşqçisi Slaven Biliç məlumat verib. Mütəxəssis bildirib ki, 22 yaşlı hücumçu yaxın günlərdə komandanın düşərgəsinə qatılacaq: "Kalleri ilə anlaşmışıq. Bizim üçün çox yaxşı transfer oldu. O, Rio olimpiyadasından sonra komandamızın düşərgəsinə qatılacaq”.
 
Qeyd edək ki, Kalleri son  mövsümü Braziliyanın "San Paulo” komandasında icarə əsasında oynayıb. O, komandanın heyətində keçirdiyi 34 oyunda 17 qol vurmağa müvəffəq olub. 
 
Xatırladaq ki, "Vest Hem” bununla da yay trasnfer dönəmində 8-ci transferini edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right