Dadaşovun komandası yenə heç-heçəyə razılaşdı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına  görə, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Noyşterlits"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Start heyətdə meydana çıxan Dadaşov yenə 90 dəqiqə oynayıb. Rüfət bu görüşdə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, 3 turdan sonra "Moyzelvits" 2 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right