Almaniya üçüncü Bundesliqasında 3-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub "Proyssen"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Start heyətdə meydana çıxan Erat bu görüşün 61-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, 3 turdan sonra "Duysburq" 20 klub arasında 5 xalla 5-ci yerdə qərarlaşıb.