Argentina milli komandasının baş məşqçisi Edqardo Bauza Barselonaya səfər edib.
Newsport.az-ın məlumatına görə, səfərin məqsədi "Barselona”nın ulduz futbolçusu Leonel Messi ilə görüşməkdi.
Belə ki, Bauza Messi ilə görüşəcək və onu növbəti dəfə yığmaya qaytarmaq üçün danışıqlar aparacaq. Bu barədə İspaniyalı jurnalistlərə açıqlamasında mütəxəssisin özü məlumat verib:
"Barselonaya futbol barədə danışmaq üçün gəlmişəm. Messi milli komandadan nəyə görə getdiyini mənə açıqlaya bilər. Görüşümüz olacaq və bundan sonra yekun qərar verəcəyik” .
Qeyd edək ki, Messi Amerika Kubokunun finalındakı uğursuzluqdan sonra milli karyerasını başa vurmuşdu.