"Neftçi" heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İspaniyanın "Qaranada” klubunun hücumçusu Denilson Pereyra ilə müqavilə imzalanıb. 21 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "Neftçi"də çıxış edəcək.
D.Pereyra 2015/2016 mövsümündə İspaniyanın "Qranada” klubunun ikinci komandasında 38 oyuna 10 qol vurub. O, Braziliyanın "Fluminense” klubunun yetirməsidir.