Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti” klubu növbəti transferini həyata keçirib.
Newsport.az-ın məlumatına görə, "şəhərlilər” "Everton”un futbolçusu Con Stounzu rənglərinə bağlayıb.
Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Məlumatda bildirilir ki, İngiltərə millisinin 22 yaşlı müdafiəçisi ilə 6 illik müqavilə imzaıanıb. O, yeni komandasında 24 nömrəli forma altında çıxış edəcək.
"Mançester Siti” rəhbərliyi bu tranfser üçün "Everton”a 42 milyon avro ödəyib.
Qeyd edək ki, Stounz İngiltərnin "Barnsley” klıubunun yetirməsi olub. 2013-cü ildə "Everton”a tranfser olunan futbolçu 2014-cü ildən İngiltərə millisinə dəvət almağa başlayıb.