"Qəbələ"nin rəqibi liderlə heç-heçə etdi

"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Maribor" Sloveniya çempionatında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına  görə, sözügedən klub ölkə birinciliyinin 4-cü turu çərçivəsində doğma meydanda "Olimpiya" lə qarşılaşıb.

Təmsilçimizin rəqibi liderlə görüşdə heç-heçəyə razılaşıb. Hesabı 18-ci dəqiqədə "Maribor"lu Milivoje Novakoviç açsa da, 79-cu dəqiqədə qonaqlar buna cavab veriblər və matç 1:1 hesabıyla bitib.

Hazırda 8 xala malik "Maribor" azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Domjale" ilə birgə 2-3-cü yerləri bölüşür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right