Almaniyanın "Bavariya” klubu ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin yeni transferi Renato Sanşes sıradan çıxıb.
Son çempionun yeni transferi məşqlərin birində zədə alıb. Klubun rəsmi saytı futbolçunun tibbi müayinədən keçdiyini və 4 həftə yaşıl meydanlardan kənarda qalacağını təsdiqləyib.
Qeyd edək ki, "Bavariya”nın itkisi bununla yekunlaşmır. Komandanın aparıcı futbolçusu Aryen Robben də eyni səbəbdən məşqlərdə iştirak etmir.