Gürcüstan çempionatında yeni mövsümə start verilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun bu yay transfer olduğu "Kolxeti" klubu da ilk matçına çıxıb. Poti təmsilçisi səfərdə "Zuqdidi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Qeyd edək ki, Rasim də bu oyunda Gürcüstan çempionatında debüt etmək şansı qazanıb. O, meydana start heyətdə çıxıb.